"ChatGPT" bu ölkələrdə çökdü

A SƏHİFƏ

ARXİV

QƏZET

Kontaktlar
AZ

RU

Onlayn ictimai-siyasi qəzet


MOBİL VERSİYA

"ChatGPT" bu ölkələrdə çökdü

144 03.09.2025 23:12 A A
"OpenAI" şirkətinin hazırladığı məşhur süni intellekt çatbotu "ChatGPT"nin fəaliyyətində qlobal səviyyədə nasazlıqlar müşahidə olunub.

Nasazlıqlar bir çox ölkələri əhatə edib. Ən çox şikayət Niderland istifadəçiləri tərəfindən qeydə alınıb, 2.700-dən artıq insan platformadan istifadə zamanı problemlərlə üzləşdiyini bildirib.

İstifadəçilərin böyük əksəriyyəti çatbotun cavab verməsində fasilələrin yarandığını qeyd edib. Digər hissəsi saytın yüklənməsində çətinlik yaşadığını, bir qismi isə ümumiyyətlə sistemə daxil ola bilmədiyini vurğulayıb.

Problem təkcə Niderlandla məhdudlaşmayıb. Böyük Britaniya, ABŞ, Almaniya, Yaponiya, İtaliya və başqa ölkələrdə də bənzər şikayətlər qeydə alınıb.

Hazırda problemin səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, texniki komandanın məsələni araşdırdığı bildirilir.
  • Sosial şəbəkədə paylaş