Ukrayna Ali Radasının söz azadlığı komitəsinin sədri Yaroslav Yurçişin “Maşa və Ayı” cizgi filmi ilə bağlı narahatlıq ifadə edib. O, bu cizgi filminin Ukrayna ərazisində qadağan edilməsi üçün SNBO və SBU adlı qurumlara müraciət ünvanlayıb.
Deputatın fikrincə, film uşaqların şüuruna rus ideoloji elementlərini aşılamağa xidmət edir. O, samovar, balalayka ilə müşayiət olunan musiqilər və NKVD papağı səhnəsini buna misal göstərib. Yurçişin hesab edir ki, bu simvollar Rusiya mədəniyyəti və sovet hərbi irsinin təbliğinə xidmət edir.
Qeyd edək ki, “Maşa və Ayı” bu il Ukraynada uşaq kontentləri arasında lider olub – YouTube kanalının 18 milyon abunəçisi və 800 milyon baxışı var. Deputatın təşəbbüsü isə cəmiyyətdə mübahisələr doğurub: bəziləri bunu təhlükəsizlik tədbiri, digərləri isə uşaqların sevimli filminin siyasiləşdirilməsi kimi qiymətləndirir.