Tehranda yaşayış binası çökdü: dağıntılar altından 4 nəfər sağ çıxarıldı

İranın paytaxtı Tehranın Yaftabad bölgəsində üçmərtəbəli yaşayış binası çöküb.

Hadisə nəticəsində bina tamamilə dağılıb. İlkin məlumatlara əsasən, dağıntılar altından 4 nəfər sağ çıxarılaraq xilas edilib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Xilasedicilər dağıntılar altında başqa insanların qalma ehtimalını istisna etmirlər.

Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Rəsmi qurumlar tərəfindən əlavə məlumatların veriləcəyi gözlənilir.
  • Sosial şəbəkədə paylaş