İran prezidenti Məsud Pezeşkianın müavini Esmail Sakab Esfahani bəyan edib ki, ölkənin neft infrastrukturuna hücum ediləcəyi təqdirdə, rəsmi Tehran Səudiyyə Ərəbistanının enerji obyektlərinə zərbələr endirməklə cavab verəcək.
İran rəsmisi artıq potensial hədəflərin siyahısının əvvəlcədən müəyyən edildiyini bildirib.
Esfahani vurğulayıb ki, əgər İranın hər hansı neft quyusuna zərbə endirilərsə, buna cavab olaraq Səudiyyə Ərəbistanının neft obyektlərindən biri hədəfə alınacaq.
Onun sözlərinə görə, Tehranın cavab tədbirləri yanaşması vəziyyətdən asılı olaraq dəyişə bilər, bu, mütənasib cavabdan tutmuş daha genişmiqyaslı eskalasiyaya qədər fərqli formalar ala bilər.
Hökumət rəsmisi bu strategiyanı cavab səviyyəsinin tədricən yüksələ biləcəyi bir "pilləkən" kimi təsvir edib. Hazırda regionda gərginlik yüksək həddə qalmaqdadır.