Ukrayna ordusu Kupyanskın təxminən 90 faizini azad edib

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskı Kupyansk şəhərinin ərazisinin demək olar ki, 90 faizinin azad edildiyini açıqlayıb.

Onun sözlərinə görə, şəhərdəki işğalçı qüvvələrin tamamilə çıxarılması istiqamətində əməliyyatlar davam etdirilir və proses hələ yekunlaşmayıb.
  • Sosial şəbəkədə paylaş