Ermənistana idxal olunan Azərbaycan istehsalı neft məhsulları – SOCAR benzini ölkə ərazisində Ran Oil yanacaqdoldurma məntəqələrində satışa çıxarılacaq.
Yanacağın idxalı “MegaTrade” şirkəti tərəfindən həyata keçirilir. Şirkət nümayəndələrinin sözlərinə görə, SOCAR benzininin Ermənistan bazarına daxil olması yanacaq qiymətlərinin aşağı düşməsinə, eyni zamanda bazarın daha şəffaf və rəqabətli olmasına xidmət edəcək.
Qeyd olunur ki, bu, uzun illərdən sonra Azərbaycan neft məhsullarının Ermənistan bazarına daxil olması baxımından simvolik və iqtisadi baxımdan mühüm addım hesab olunur. Yanacağın Ermənistana dəmir yolu vasitəsilə, Gürcüstan üzərindən çatdırıldığı bildirilir.
Erməni ekspertlər bildirir ki, SOCAR məhsullarının satışa çıxarılması Ermənistanın daxili yanacaq bazarında monopol mövqeləri zəiflədə, qiymət formalaşmasına isə birbaşa təsir göstərə bilər.