Livan ordusu İsrailin atəşkəsi pozduğunu təsdiqləyib

Livan ordusu atəşkəs qüvvəyə mindikdən sonra İsrailin hücumlarının davam etdiyini təsdiqləyib və ölkənin cənub bölgəsində yaşayan sakinləri evlərinə qayıtmağa tələsməməyə çağırıb.

Bu barədə ordunun mətbuat xidməti “X” platformasında yaydığı açıqlamada bildirib.

Açıqlamada deyilir: “İsrailin hücumlarının davam etməsi və atəşkəs sazişinin bir sıra pozuntuları səbəbindən vətəndaşları cənub kənd və şəhərlərinə qayıtmağa tələsməməyə çağırırıq”.

Qeyd olunur ki, ölkənin hərbi rəhbərliyi vəziyyəti diqqətlə izləyir və zəruri təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində fəaliyyətini davam etdirir. Eyni zamanda, vətəndaşlara təhlükəli ərazilərdən, xüsusilə gecə saatlarında uzaq durmaq tövsiyə olunur.

Bundan əvvəl Livanın Milli Xəbər Agentliyi İsrailin ölkənin cənubundakı Xiyam və Dbeybin şəhərlərinə pulemyotlardan atəş açdığını bildirmişdi.
  • Sosial şəbəkədə paylaş