İsveç hökuməti ağır cinayətlərə görə cinayət məsuliyyətinin yaş həddinin 13-ə endirilməsini nəzərdə tutan qanun layihəsi təqdim edib. Hazırda bu hədd 15 yaşdır.
Bu təşəbbüs ekspertlər və qanunvericilik şurası tərəfindən ciddi tənqid olunub. Onların fikrincə, bu addım həm Uşaq Hüquqları Konvensiyasına, həm də qanun layihələrinin hazırlanmasına dair müəyyən edilmiş tələblərə ziddir.
Ədliyyə naziri Qunnar Strömmer bəyan edib ki, bu, yeniyetmələr arasında ağır cinayətlərin artması ilə əlaqədar zəruri tədbirdir. “Hesab edirik ki, qanunvericilik şurası vəziyyətin ciddiliyini yetərincə qiymətləndirmir”, – deyə nazir qeyd edib.
Bu tədbirin beş il müddətinə tətbiq edilməsi və daha sonra onun effektivliyinin qiymətləndirilməsi təklif olunur.
Hökumət, həmçinin yetkinlik yaşına çatmayanlar üçün cəzanın yüngülləşdirilməsinin əhəmiyyətli dərəcədə azaldılmasını planlaşdırır ki, bu da azadlıqdan məhrumetmə müddətlərinin artmasına səbəb olacaq. Bununla belə, 13–14 yaşlı şəxslərə həbs cəzasının yalnız qətl və ya partlayışların hazırlanması kimi xüsusilə ağır cinayətlərə görə tətbiqi nəzərdə tutulur.
Paralel olaraq, profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə sosial xidmətlərin səlahiyyətlərinin genişləndirilməsi planlaşdırılır. Hakimiyyət bu islahatı gənclər arasında kriminogen vəziyyətin pisləşməsinə cavab tədbiri kimi qiymətləndirir.