ABŞ Prezidenti Ankarada NATO sammitində iştirak edəcək

ABŞ Prezidenti Donald Tramp iyulun 7–8-də Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək.

Bu barədə ABŞ Dövlət katibi Marko Rubio Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı bildirib.

Qeyd edək ki, səfərlə bağlı məlumatı daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər rəsmi şəxslər də təsdiqləmişdilər.

Rubio Türkiyənin paytaxtı Ankarada keçiriləcək zirvə görüşü ilə bağlı bildirib: "Düşünürəm ki, NATO-nun iyul ayında Türkiyədə keçiriləcək növbəti görüşü, ehtimal ki, NATO tarixində ən vacib görüş olacaq".

ABŞ Dövlət katibi ölkəsinin hələ də Alyansın üzvü olduğunu xatırladaraq, NATO-nun "əhəmiyyətli dəyişikliklərə" ehtiyacı olduğunu və bu dəyişikliklərin Türkiyənin paytaxtında keçiriləcək sammitdə müzakirə olunacağını bildirib.

  • Sosial şəbəkədə paylaş