İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir

İfrat sağçı millətçi İsveç Demokratlar Partiyası ictimai yerlərdə hicab və digər müsəlman baş örtüklərinin qadağan edilməsinə çağırış edərək, onları “İslam geyimləri” adlandırıb.

Partiyanın gender bərabərliyi üzrə sözçüsü Sara Qille “Ekot” radiosuna bu cür geyimlərin çox vaxt qadınlar üzərində nəzarət və tabeçiliyin simvolu olduğunu bildirib.

“Əgər kimsə bunu etmək istəyirsə, həmin geyimlərə icazə verilən başqa ölkələr də var”, -deyə Sara Qille könüllü olaraq hicab geyinən qadınlarla bağlı suala cavab olaraq bildirib.

Partiya əvvəllər çadra və niqab kimi müsəlman geyimlərinin tam qadağan edilməsi tərəfdarı idi. İndi isə İsveç Demokratları daha da irəli gedərək İsveçdə bir çox müsəlman qadının geyindiyi hicabı da qadağan etməyi təklif edirlər.
  • Sosial şəbəkədə paylaş