İsrail ordusu Livanın cənubunu bombalayıb

İsrail qırıcıları axşam saatlarında Livanın Yuxarı Nəbatiyə bölgəsini bombalayıb.

Livanın xəbər agentliyi NNA-ya istinadən xəbər verir ki, İsrailə məxsus pilotsuz uçuş aparatları da günortadan sonra Yuxarı Nəbatiyədəki Mənzələ bölgəsinə 4 hücum həyata keçirib.

Məlumatda İsrail hərbi qüvvələrinin Tire rayonundakı Buyut əs-Sayyad qəsəbəsinə doğru pulemyotlardan atəş açdığı da bildirilib.
  • Sosial şəbəkədə paylaş