Qazaxıstanda hərbi təlimlər zamanı həlak olan hərbçilərin sayı artdı

Xəzərdə təlimlər zamanı həlak olan Qazaxıstan hərbi qulluqçularının sayı 12 nəfərə çatıb.

Bu barədə Qazaxıstanın Manqistau vilayətinin rəhbərliyi məlumat yayıb.

"Dəqiqləşdirilmiş məlumatlara görə, təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi ilə əlaqədar 17 nəfəri su axını aparıb, onlardan 12-si həlak olub, üçünü xilas etmək mümkün olub. Qalan iki hərbi qulluqçunun axtarışları davam edir", - deyə məlumatda bildirilir.
  • Sosial şəbəkədə paylaş