50 yaşlı qadının meyiti meşədə tapıldı, saxlanılan 27 yaşlı sevgilisidir

Qusar rayonundakı Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində meyit tapılıb.

Ölən şəxsin 1976-cı il təvəllüdlü Bakı sakini Səadət Həsənova olduğu müəyyən edilib.

Meyitin üzərində bıçaqla kəsilmiş-deşilmiş xəsarətlər aşakarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, sentyabrın 21-i Bakıda 1999-cu il təvəllüdlü Kamran Seyidov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətində olduğu S.Həsənovanı bıçaqla öldürüb. Daha sonra o, cəsədi “Mercedes” markalı avtomobillə kəndin meşəlik ərazisinə gətirib.

Hazırda K.Seyidov saxlanılıb.
  • Sosial şəbəkədə paylaş