Albaniyada iğtişaşlarda 50-dən çox polis yaralanıb

Albaniyanın paytaxtı Tiranada tələbələrin keçirdiyi etiraz aksiyaları zamanı yaranan iğtişaşlarda 51 polis əməkdaşı xəsarət alıb.

Bu barədə "Ora news" portalı ölkənin daxili işlər naziri Ervin Demoya istinadən məlumat yayıb.

Nazirin açıqlamasına əsasən, xəsarət alan bəzi asayiş keşikçiləri hərbi hospitala yerləşdiriliblər, onlara lazımi tibbi yardım göstərilir.
  • Sosial şəbəkədə paylaş