Ərdoğan Azərbaycana görə öz müşavirini işdən çıxartdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifədən azad olunması barədə iddialar mediaya Türkiyədəki mənbələri tərəfindən təsdiqlənib.

Türkiyədəki mötəbər qaynaqlardan əldə etdiyi məlumata görə, Saral gecə saatlarında tutduğu vəzifədən azad edilib. Mənbələrin bildirdiyinə görə, qərar onun Azərbaycanla bağlı səsləndirdiyi açıqlamanın doğurduğu narazılıqla əlaqəlidir.
  • Sosial şəbəkədə paylaş