Netanyahunu MƏN XİLAS ETDİM - Trampdan AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında İrvinq C. Şvarts adlı şəxsə istinad edərək İsraildə keçirilən parlament səsverməsi ilə bağlı sensasiyalı paylaşım edib.

KİV xəbər verir ki, Trampın sitat gətirdiyi paylaşımda deyilir:

"Prezident Tramp Bibi Netanyahunu dəstəklədikdən sonra səsvermənin bütün gedişatı tamamilə dəyişdi. İndi böyük Baş nazirin ağır məğlubiyyəti əvəzinə, onun geriləməni aradan qaldıraraq fərqli mənzərə yaratdığı gərgin mübarizəni və hətta Netanyahunun QƏLƏBƏSİNİ müşahidə edirik. Bütün bunlar yalnız Prezident Trampın ona öz dəstəyini ifadə etməsindən SONRA baş verdi. Tramp Yaxın Şərq, İsrail və Amerika Birləşmiş Ştatları üçün yalnız yaxşılıq arzulayır!"

Media subyektləri Trampın sitat gətirdiyi İrvinq C. Şvartsın tam olaraq kimliyi barədə hələ ki dəqiq məlumata malik olmadıqlarını bildirirlər.

Səsvermənin sayılan nəticələri fonunda Tramp öz dəstəyinin Netanyahunun rəhbərlik etdiyi blokun mövqelərini möhkəmləndirməsində həlledici rol oynadığını iddia edir.
  • Sosial şəbəkədə paylaş