Ukraynanın “Himera” şirkəti orbitə ilk peykini yerləşdirib.
Unian-a istinadən xəbər verir ki, peykin ilk sınaq buraxılışı Danimarkanın GomSpace şirkəti ilə tərəfdaşlıq çərçivəsində SpaceX Transporter-18 missiyasının bir hissəsi olaraq həyata keçirilib.
Şirkətin Facebook səhifəsində bu hadisə müstəqil Ukrayna peyk rabitə şəbəkəsinin ilk addımı kimi dəyərləndirilib: "Gələcək müstəqil Ukrayna rabitə şəbəkəsinin ilk sınaq peyki olan Obria Nano orbitə buraxıldı və artıq fəaliyyətə başlayıb. Peyk SpaceX Transporter-18 missiyasının bir hissəsi olaraq 1 oktyabr 2026-cı ildə buraxılıb”.
Şirkət təşəbbüsün məqsədinin Ukraynanın rabitə kanallarını şaxələndirmək və xarici infrastrukturdan strateji asılılığı azaltmaq olduğunu bildirib. Gələcəkdə şirkət Ukraynada peyklərin və yerüstü terminalların istehsalını lokallaşdırmağa ümid edir.