Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü təşkil edilib.
Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.
Qeyd edək ki, tədbirdə İƏT-ə üzv olan 57 dövlətdən 48-nin nümayəndələri olmaqla, ümumilikdə 250-dən artıq şəxs iştirak edir. Onların arasında 30 dövlət qurumunun rəhbəri, səfirlər, 5 beynəlxalq və regional təşkilatın rəhbər və yüksəkvəzifəli nümayəndələri, habelə 3 müşahidəçi dövlətin təmsilçiləri yer alır.
Tədbirə hazırlıq çərçivəsində Baş Prokurorluq üzrə müvafiq əmrlə Yerli Təşkilat Komitəsi yaradılıb. Komitənin əsas vəzifələri tədbirin yüksək səviyyədə təşkilini təmin etmək, İƏT-ə üzv dövlətlər arasında antikorrupsiya sahəsində əməkdaşlığın inkişafına töhfə vermək və Azərbaycanın təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşməkdən ibarətdir.