Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev evindən aşkarlanan 17 milyon manatdan artıq vəsaitin özünə məxsus olduğunu və onu uzun illər ərzində topladığını bildirib.
O, pulun müsadirəsini qanunsuz saydığını deyib. Mehdiyev bu izahatı noyabrın 27-də AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin işi üzrə keçirilən qapalı iclasda verib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin iclasında Mehdiyev və qızı Kamilə Əliyeva şahid qismində dindirilib. Əli Kərimliyə yaxın olan “Qəzetçi”nin prosesdən xəbərdar mənbələrə istinadən yaydığı məlumata görə, sabiq administrasiya rəhbəri iclasa evindən videobağlantı ilə qoşulub və divanda uzanmış vəziyyətdə ifadə verib. Müdafiə tərəfinin vəkilləri milyonların mənbəyini soruşanda Mehdiyev belə cavab verib:
“1957-ci ildən işləyirəm və pulu yığmışam. Mənə məxsus puldur”.
DTX isə daha əvvəl açıqlamışdı ki, istintaqın qənaətinə görə, Mehdiyev 2025-ci il oktyabrın 13-dək cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb. “Trend”in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi oktyabrın 22-də ayrıca icraatda olan iş üzrə Mehdiyevə 14 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Məhkəmə onun yaşını və səhhətini nəzərə alaraq cəzanın şərti tətbiqinə, həmçinin əmlaklarının dövlət nəfinə xüsusi müsadirəsinə qərar verib.
Əli Kərimli və Məmməd İbrahim 2025-ci il noyabrın 29-da saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunurlar. Hər iki siyasətçi ittihamı rədd edir.
“Qafqazinfo”nun məlumatına görə, Mehdiyev və qızının ifadələri ilə şahidlərin dindirilməsi başa çatıb. Dekabrın 1-də məhkəmə iş materiallarının tədqiqinə başlayacaq.