Kremldən Paşinyanın KTMT haqqında bəyanatlarına cavab

"Moskva Ermənistan baş naziri Nikol Paşinyanın KTMT-yə verdiyi qiymətləndirmə ilə razı deyil, bu təşkilat Ermənistan üçün təhlükə yaratmır".

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən bildirib.



"Söhbət Ermənistanın suveren hüquqlarına aid olan məsələlərdən gedir: Əlbəttə, strateji və taktiki inkişaf yollarını Ermənistan özü seçir, lakin eyni zamanda, biz cənab Paşinyanla qəti şəkildə razılaşmırıq. KTMT-dən Ermənistanın suverenliyinə heç bir təhlükə gələ bilməz və gəlmir, əksinə, bu təşkilat üzv dövlətlərin suverenliyinin keşiyində durur", - deyə Kreml nümayəndəsi qeyd edib.

O, vurğulayıb ki, Rusiya Ermənistanla əlaqələri davam etdirir və davam etdirəcək, çünki Ermənistan Rusiya üçün "yaxın tərəfdaşdır".
  • Sosial şəbəkədə paylaş