İqtisadçı iddia edir ki, sərhəddə məhdudiyyətin əsas səbəblərindən biri ölkədən valyuta çıxışının qarşısını almaqdır
“2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. Buna mən imza atmışam. Bu, qanunauyğun olaraq baş nazir kimi mənim səlahiyyətimdir. Bu yaxınlarda da yenə 3 aylıq sərhədləri bağlamışam”.
Bunu martın 15-də Milli Məclisdə deputatların sərhədlərin bağlı saxlanması ilə bağlı iradlarına cavab verərkən baş nazir Əli Əsədov deyib. Baş nazir onu bildirib ki, quru sərhədləri bağlı olsa da, 2021-ci ildə ÜDM 5,6 faiz, 2022-ci ildə 5,7 faiz artıb. Ancaq 2023-cü ilin göstəricisini açıqlamayıb.
“Azpolitika.info bu mövzudakı yazıda iddia edir ki, 2023-cü il ÜDM artımı rəsmi statistikaya görə, cəmi 1.1 faiz olub. “Biz ölkə olaraq bu göstərici üzrə keçmiş SSRİ məkanında ən sonuncu yerdəyik. Yaxşı olardı ki, baş nazir "mən bağlamışam" deyərkən, bunun da izahını verəydi və nəhayət, bu qapanmanın səbəblərini açıqlayaydı", - deyə saytın yazısında qeyd edilir.
Rəsmi izahat olmadığından çox səsləndirilən versiyalardan biri təhlükəsizlikdir: “Təhlükəsizlik məsələsinə baxsaq, regionda söz sahibinə çevrilmiş, güclü ordusu, sərt hüquq-mühafizə sistemi, kifayət qədər yeni texnologiyalarla təmin olunmuş sərhəd və peşəkar təhlükəsizlik xidməti orqanları, güc strukturları olan Azərbaycan kimi bir dövlətin öz təhlükəsizliyini sərhədlərin bağlı saxlanması yolu ilə təmin etməsi iddiası, yumşaq desək, inandırıcı görünmür. Yuxarıda sadaladıqlarımızın heç yarısına da malik olmayan qonşu Gürcüstan və Ermənistan quru sərhədlərini çoxdan açdığı halda, bizim bağlı saxlamağımız ən azından anlaşılmazdır”.
Onu da bildirək ki, ABŞ Dövlət Departamenti özünün illik hesabatında quru sərhədlərin bağlı saxlanılmasını insan hüquqlarının pozuntusu kimi dəyərləndirib.