100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib

Xarici ölkələrin, ümumilikdə, 100-dən çox vətəndaşının İrandan təxliyəsi təmin olunub.

Bu gün səhər saat 9-dan 17-dək “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə olunan şəxslər əsasən Rusiya Federasiyası, Çin və Pakistan vətəndaşlarıdır.

Proses mərhələli şəkildə həyata keçirilir və sərhəd-keçid məntəqəsində müvafiq prosedurlar yerinə yetirilir.

Təxliyə edilənlər arasında Rusiya Federasiyası vətəndaşları üstünlük təşkil edir. Son mərhələdə 70-ə yaxın Rusiya vətəndaşı Azərbaycan ərazisindən tranzit qaydada keçərək ölkələrinə yola salınıb.
  • Sosial şəbəkədə paylaş