Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasi irsi əslində dövlətçilik tarixidir, çünki o, iki ayrı dövrdə respublikamıza uğurla rəhbərlik edib, milli tərəqqini – iqtisadi inkişafı, mədəni intibahı və siyasi yüksəlişi təmin etməyə müvəffəq olub. E.Həbibullayev vurğulayıb ki, Ümummilli Liderin gördüyü işlər Azərbaycanın siyasi simasını, milli obrazını formalaşdırıb. Bu gün haqlı olaraq qeyd edirik ki, Azərbaycan xalqı öz müstəqil, nüfuzlu və qüdrətli dövləti ilə qürur duyur – fəxr edir. İcra başçısı qeyd etdi ki, müasir müstəqil Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin şah əsəridir və bugünkü qüdrətli Azərbaycanın lideri, Müzəffər Ali Baş Komandanı İlham Əliyev məhz Ulu öndər yolunu davam etdirərək qalib sərkərdə kimi öz adını qızıl hərflərlə tarixə yazdırdı, xalqımızın Qarabağ arzusunu yerinə yetirdi.
Tədbirə bədii hissə ilə yekun vurulub.


