İsraildə “Likud” partiyasının lideri Benyamin Netanyahu yeni hökumətin formalaşdırılması üçün dini və ifrat sağçı koalisiya tərəfdaşları ilə həftələrlə davam edən çətin danışıqlardan sonra sövdələşməyi bacarıb.
O, bu barədə Prezident İsxak Hersoqun Nazirlər Kabinetinin yaradılması üçün təyin etdiyi vaxtın bitməsinə bir neçə dəqiqə qalmış özünün “Twitter” hesabından paylaşım edib.
“Mən (hökumət qurmağa) müvəffəq oldum”, - deyə Netanyahu bildirib.
Dövlət başçısının ofisi baş nazirin bildirişini aldığını təsdiqləyib.
“Yeni hökumət bütün İsrail vətəndaşlarının maraqlarına uyğun hərəkət edəcək”, - deyə prezidentlə söhbətində bəyan edən Netanyahu ictimaiyyətə də dəstəyə görə təşəkkür edib.