Londonda genişmiqyaslı etiraz aksiyaları keçirilib

Aksiyalardan biri ifrat sağçı fəal Tommi Robinsonun təşkil etdiyi “Unite the Kingdom” yürüşü, digəri isə Fələstinə dəstək nümayişi olub. Paytaxtda təhlükəsizliyi təmin etmək üçün 4 mindən çox polis əməkdaşı səfərbər edilib. Əməliyyat zamanı dronlardan, atlı polis dəstələrindən istifadə olunub, həmçinin zirehli texnika ehtiyatda saxlanılıb.

Metropoliten polisi bildirib ki, bu əməliyyat son illərin ən böyük təhlükəsizlik tədbirlərindən biri hesab olunur. Yerli vaxtla saat 16:30-a olan vəziyyətə əsasən ümumilikdə 31 nəfər saxlanılıb. Polis qüvvələri iki ayrı aksiyada iştirak edənlərin bir-birinə yaxınlaşmasının qarşısını almaq üçün marşrutlar boyunca baryerlər quraşdırıb.
  • Sosial şəbəkədə paylaş