Venesuela hökuməti Maduro tərəfdarını deportasiya edib

Venesuela hakimiyyəti əvvəllər ABŞ-də məhbus mübadiləsində azad edilmiş və Nikolas Maduro hökumətində nazir vəzifəsi tutmuş Kolumbiya vətəndaşı Aleks Saabı deportasiya edib.

Bu barədə Venesuela miqrasiya xidməti məlumat yayıb. Deportasiya qərarı Aleks Saabın ABŞ-də müxtəlif cinayətlərdə iştirakı nəzərə alınmaqla verilib. Ancaq Saabın hansı ölkəyə deportasiya edildiyi məlum deyil.
  • Sosial şəbəkədə paylaş