Qazaxıstanda sərnişinlər qatarların hərəkətini onlayn izləyə bilərlər

Qazaxıstanda sərnişinlər qatarların hərəkətini real vaxt rejimində izləyə bilərlər.

“Qazaxıstan Dəmir Yolu” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Qatarların hərəkətinin onlayn lövhəsi” xidməti “tablo-railways.kz” rəsmi veb-saytında mövcuddur.

Xidmətdən istifadə edən sərnişinlər qatarlarının cari yerini, gəliş və yola düşmə vaxtlarını, marşrut boyunca stansiyaların siyahısını, dayanacaqların müddətini və son stansiyaya təxmini çatma vaxtını öyrənə bilərlər.

Xidmət sərnişin qatarlarında quraşdırılmış GPS izləyicilərindən alınan məlumatlara əsaslanır. Məlumat avtomatik olaraq qatarların hərəkətinin sutka ərzində izlənildiyi “Sərnişin daşımaları” SC-nin mərkəzinə ötürülür.
  • Sosial şəbəkədə paylaş