İyunun 1-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 164, o cümlədən borclu şəxs qismində axtarışda olan 129, məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 və dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 19,2 kiloqrama yaxın narkotik vasitə və 600 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 1 qumbara, 2 tüfəng, 1 patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər də saxlanılıb.