ABŞ Kubaya qarşı sanksiyalar siyahısını genişləndirib

ABŞ Kubaya qarşı sanksiyalar siyahısını genişləndirib. Siyahıya səkkiz təşkilat, beş gəmi və iki fiziki şəxs daxil edilib.

Bu barədə Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, sanksiyalar neft daşımaları ilə əlaqəli qurumları, Kuba elitasını, avadanlıqların idxalı və təchizatı ilə məşğul olan dövlət şirkətlərini, eləcə də Kuba silahlı qüvvələrinə təchizat həyata keçirən Çin şirkətlərini əhatə edir.

Açıqlamada qeyd olunub ki, Kuba rəhbərliyi ölkənin resurslarını öz maraqları naminə cəmləşdirir. Bunun nəticəsində ölkə əhalisi elektrik enerjisinin verilməsində fasilələr, yanacaq çatışmazlığı və iqtisadi durğunluqla üzləşir.
  • Sosial şəbəkədə paylaş