Pakistanın şərqindəki Pəncab əyalətinin Pakpattan şəhəri yaxınlığında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 11 nəfər həlak olub, 33 nəfər xəsarət alıb.
KIV xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Məlumata görə, yaralılardan 25-i yerli xəstəxanaya çatdırılıb, daha 8 nəfərin isə xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.
Qəza yerində xilasetmə əməliyyatı təxminən üç saat davam edib. Sərnişinləri nəqliyyat vasitələrinin qalıqları altından çıxarmaq üçün kranlardan və digər ağır texnikadan istifadə olunub.
Qəzanın başvermə səbəbi hələlik məlum deyil.