Gürcüstanın azərbaycanlılar yaşayan kəndində iki qardaş qətlə yetirilib

Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Ləmbəli kəndində silahlı insident baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində iki qardaş qətlə yetirilib.

Yayılan məlumatlara əsasən, kənd sakini odlu silahdan üç qardaşa atəş açıb, onlardan ikisi hadisə yerində həyatını itirib, biri isə sağ qalıb.

Yerli sakinlərin sözlərinə görə, qardaşlar illərlə Rusiyada yaşayıblar və kəndə bu yaxınlarda qayıdıblar.

İnsidentin qardaşlar qohumlarının toyuna gedərkən baş verdiyi bildirilir.

Qətlin dəqiq səbəbi hələ məlum olmasa da, ehtimal olunan motivlər arasında qisas və uzun illərdir davam edən münaqişə nəzərdən keçirilir.

Qeyri-rəsmi məlumatlara görə, polis hadisədən qısa müddət sonra şübhəli şəxsi saxlayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hələ açıqlama yaymayıb.
  • Sosial şəbəkədə paylaş