MOBİL VERSİYA
Ermənistanda hərbi xidmət üçün “ödəmə yolu” açıldı: Qanun layihəsi təsdiqləndi
31 22.05.2025 17:12 A A
Ermənistan parlamenti hərbi xidmətə çağırış yaşının yuxarı həddini 27-dən 32 yaşa qaldıran və ordu xidmətindən qismən “qurtulmaq” imkanı verən qanun layihəsini təsdiqləyib.
Yeni təşəbbüsə əsasən, hərbi xidmət müddətindən yayına bilmək üçün dövlət rüsumları artırılacaq.
Qanun layihəsi iki variant təklif edir: ya bir ay xidmət etmək və 24 milyon dram (təxminən 62 min ABŞ dolları) ödəmək, ya da dörd ay xidmət edib 18 milyon dram (təxminən 46 min ABŞ dolları) dövlət rüsumu vermək.
Bu yeni model çağırışçılara tam iki illik xidmət yerinə qismən xidmət və yüksək məbləğdə pul ödənişi ilə ordudan azad olmaq imkanı yaradır.