Berbok BMT Baş Assambleyasının Prezidenti SEÇİLDİ

Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının yeni prezidenti seçilib.

Berbokun namizədliyi BMT-yə üzv olan 167 ölkə tərəfindən dəstəklənib. Səsvermədə onun heç bir rəqibi olmayıb.

Rəsmi inaqurasiya mərasimi bu ilin sentyabr ayında keçiriləcək. Qeyd edək ki, Baş Assambleya sədrinin səlahiyyət müddəti bir ildir.
  • Sosial şəbəkədə paylaş