Ermənistanda baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında qarşıdurma son dövrlər daha da kəskin xarakter alıb. Tərəflər bir-birinə qarşı açıq ittihamlar səsləndirir, təhqiramiz ifadələrdən çəkinmir, hətta söyüş və şəxsiyyəti aşağılama halları belə yayğın hal alıb.
Nikol Paşinyan öz sosial şəbəkə paylaşımlarında təkcə təhqirlərlə kifayətlənməyib, eyni zamanda kilsə rəhbərliyini, xüsusilə də kütləvi etiraz aksiyalarının önündə gedən keşiş Baqrat Qalstanyanı ifşa edən məlumatlar yayımlayıb. Paşinyan bu qalmaqalın fitilini elə sosial media vasitəsilə çəkib.
Məlum olduğu kimi, erməni ruhaniləri "subaylıq andı" içirlər və onların ailə qurması, övlad sahibi olması yasaqlanıb. Lakin Paşinyanın açıqlaması gündəmə bomba kimi düşüb: Baş nazir bildirib ki, bütün ermənilərin katolikosu II Qareginin övladı var və bu, kilsənin əsrlərdir təbliğ etdiyi "subaylıq andı"nın pozulması deməkdir.