Qazaxıstan Prezidenti müdafiə və nəqliyyat nazirlərini vəzifədən azad edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev müdafiə naziri Ruslan Jaksılıkovu, eləcə də əvvəllər töhmət verdiyi nəqliyyat naziri Marat Karabayevi tutduğu vəzifədən azad edib.

Yeni müdafiə naziri vəzifəsinə əvvəllər nazir müavini - Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının baş komandanı vəzifəsində çalışan Dauren Kosanov təyin edilib.

Dövlət başçısının mətbuat xidməti hələlik Qazaxıstan Nəqliyyat Nazirliyinin yeni rəhbərinin kim olacağı barədə məlumat verməyib.
  • Sosial şəbəkədə paylaş