Makronun arvadı yenə gündəmdə - Dövlət səfərinə belə gəldi... - FOTO

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron Monakoya dövlət səfəri zamanı uyğun olmayan ayaqqabı seçib.

Bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində bildirib.

"Dövlət səfəri üçün bu idman ayaqqabısından daha uyğun bir şey tapa bilmədin, Bricit?", - deyə o qeyd edib.

Filippo həmçinin Fransanın birinci xanımının şahzadə Şarlinlə hovuzun kənarında gəzdiyini göstərən videonu yayımlayıb.

Bricit Makron orada ağ idman ayaqqabısındadır.
  • Sosial şəbəkədə paylaş