Rusiyanın Ermənistan kənd təsərrüfatı məhsullarının idxalına, öz ərazisi ilə tranzitinə qadağa qoyması fonunda baş nazir Nikol Paşinyan Avropa İttifaqına Ermənistan güllərinin və tərəvəzlərinin ilk partiyasının göndərildiyini elan edib: "Güllərin və tərəvəzlərin ilk partiyası artıq yola düşüb. Onlar gələndə sizə hansı ölkəyə göndəriləcəyini deyəcəyəm. Heç bir məhsul əllərdə qalmayacaq. Və biz təkcə Aİ-yə deyil, artıq digər ölkələrə də ixrac edirik".
İqtisadiyyat naziri Gevorq Papoyan isə bəyan edib ki, Ermənistan İqtisadiyyat Nazirliyi hökumətə AİB ölkələrinə ixracı dəstəkləmək üçün proqram təqdim edib. Onun sözlərinə görə, Ermənistan meyvə-tərəvəzləri artıq Avropa tələblərinə cavab verir və Global GAP sertifikatına malikdir, bu da onların Aİ supermarketlərinə tədarükünə imkan verir.
Nazir bildirib ki, yeganə maneə logistika xərcləridir. Bu problemi həll etmək üçün hökumət kənd təsərrüfatı ixracatçılarına subsidiya vermək niyyətindədir ki, onlar Avropa bazarında rəqabətli qiymətlər təklif edə bilsinlər.
Papoyan həmçinin bildirib ki, Ermənistan məhsulları Yunanıstandan Almaniyaya qədər bütün Aİ ölkələrinə tədarük edilə bilər.
Aİ isə Ermənistandan Birlik ərazisinə gediş-gəliş sənədləşməsinin asanlaşdırılması üçün İrəvana 2 milyon avro yardım ayırıb.